#vecsiz Instagram Photos and Videos | instagyou.com

Hərkəsi üzən şeylər var. Düşündürən, darıxdıran,susduran,danışdıran. Hərə bir yerlərdə fikrə gedib indi. Kiminsə gözlərini düşünür indi biri. Biri əllərini, danışığını, yerişini, baxışını, gəzdiyi yerləri, gülüşünü, sarılanda aldığı nəfəsi, yanağının istisini, boynunun qoxusunu, çiyninin rahatlığını.. Kiminsə içi yanır indi, kimisi təzəcə ağlayıb,susub. Birisi çarpayısında,birisi oturub balkonda düşünür başqa birisini. Biri indi aftobusda oxuyur bu yazdığımı, biri metroda, biri parta arxasında,biri kafedə, biri yolda taxmış qulaqcıqlarını oxuyur. Kimisi çay içərək düşünər, kimisi vodka. Kimisi siqaret çəkər, kimisi dərd. İndi hansısa qızın əlləri donur, hansısa əli isti biri üçün. İndi hansısa oğlanın boğazında düyümlənib qəhəri. Kiminin pəncərəsində ay doğur, kimisinə qaranlıqdı bu gecə. Kimisi dərs oxuyur, kimisi köhnə mesajlarını. İndi biri bu yazıdan sonra ağlayacaq bəlkə, gedib köhnə şəkillərin arasında tapacaq təsəllisini. Ya da hansısa əşyasında,alacaq boynunun qoxusunu. Ancaq hərkəs eyni bir hissi yaşayacaq yazının sonunda. Hərkəs iç çəkəcək yazı bitəndə. Ancaq heç kim səninçün darıxmayacaq mənim kimi..   #Admin   ♤ . . .. … . .   #aze     #follow     #takibci     #qemlivideolar     #s  zlər   #ayrılıq     #sevgilim     #x  əyanət   #maraqlıstatuslar     #qelb     #yarımcan     #toxunmaq     #yazar     #qemlistatuslar     #videolar     #vecsiz     #ağlamaq     #darıxmaq     #menalı     #v  əfasız   #s  ənvəmən   #onsuz     #gec  ələr   #payız     #qadınlar     #payızqoxulu     #h  əsrət

107Normal